- Baxış sayı: 24
- 27 Aprel 2024 21:00
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempioatının 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“İnter” – “Zirə” matçının 71-ci dəqiqəsində “Zirə”nin futbolçusu Təmraz Əmircanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “İnter”in futbolçusu Azər Yusifov ikinci sarı vərəqə alaraq meydaçandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Sumqayıt” – “Neftçi” matçının 64-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Şahin Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.