1-ci divizionda qalmaqal: “Lokomotiv” 2-ci hissəyə çıxmadı

Bu gün futbol üzrə Azərbaycan 1-ci divizionunda 14-cü turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, qarşılaşmaların hamısı eyni gündə baş tutub.

Lakin bir oyun başa çatmayıb. Belə ki, “Ağsu” – “Lokomotiv” görüşü yarıda qalıb. Buna səbəb “Lokomotiv”in ikinci hissəyə çıxmamasıdır. Matçla bağlı yekun qərar İntizam Komitəsinin iclasında veriləcək.

Xatırladaq ki, ilk yarıdan sonra “Ağsu” 2:0 öndə olub. Qolları Fərmayıl Əliyevlə (3-cü dəqiqə) və Qalib Əmrahov (39) vurub.

Həmin kateqoriyadan