- Baxış sayı: 38
- 28 Oktyabr 2026 23:57
- Baxış sayı: 72
- Oktyabr 25, 2026
- 0

FİFA 2026-cı ildə keçirilən dünya çempionatından gözləniləndən daha çox gəlir əldə edib.
Allsport.az xəbər verir ki, təşkilat turnirdən təxminən 5 milyard dollar qazanıb.
Bu, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından əldə olunan 929 milyon dollardan beş dəfə çoxdur. FİFA əvvəlcə büdcədə 3,3 milyard dollar gəlir nəzərdə tutmuşdu. DÇ-2026-dan ümumi gəlirin isə təxminən 15 milyard dollar olduğu bildirilir.
Bu il dünya çempionatında Qətərdəki turnirlə müqayisədə 40 oyun çox keçirilib. Beləliklə, qarşılaşmaların sayı 64-dən 104-ə yüksəlib.
Gəlirlərin artmasının əsas səbəbləri arasında biletlərin dinamik qiymətləndirilməsi və FİFA-nın rəsmi platformasında hər təkrar satışdan 30 faiz komissiya əldə etməsi göstərilir. ABŞ qanunvericiliyinin xüsusiyyətləri fonunda FİFA azarkeşlərin biletlərə yüksək məbləğ ödəməyə hazır olmasından yararlanmasaydı, həmin gəlirlər vasitəçilərə, agentliklərə və bilet platformalarına yönələ bilərdi.
FİFA nümayəndəsi 5 milyard dollar gəlir barədə məlumatı təsdiqləməyib. Bununla belə, qurum dünya çempionatından əldə olunan vəsaitin 211 üzv assosiasiyaya əlavə maliyyə ayrılması üçün istifadə ediləcəyini bildirib.
FİFA-nın açıqlamasında qeyd olunub ki, DÇ-2026-dan əldə olunan gəlirlər növbəti illik hesabatda dərc ediləcək. Rəqəmlər zəruri audit prosedurlarından keçdiyi üçün hazırda ictimaiyyətə açıqlanmır.