“Ruhdan düşmürəm”

“Ruhdan düşmürəm”

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Nihat Məmmədli dünya çempionatının finalında məğlubiyyətini şərh edib.

Allsport.az xəbər verir ki, Astanada keçirilən dünya çempionatında 63 kq çəki dərəcəsində gümüş medal qazanan idmançı vətənə qayıdıb.

Məmmədli final görüşündə baş verənlərdən və gələcək hədəflərindən danışıb: “Özümə inanırdım. Məqsədim ikinci dəfə dünya çempionu olmaq idi. Final görüşünə də yaxşı başlamışdım. Sevimli fəndimi işlətdim. Amma sonradan baş verənlər planlarımı bir qədər pozdu. Əks-fəndə düşdüm. Daha sonra rəqib xalda önə keçdi və məğlub oldum.

Ruhdan düşmürəm. Eyni məqsədlə yoluma davam edəcəyəm”.

Həmin kateqoriyadan