- Baxış sayı: 40
- 28 Oktyabr 2026 23:19
- Baxış sayı: 72
- Oktyabr 25, 2026
- 0

Braziliya millisinin və “Santos” klubunun hücumçusu Neymar Braziliya çempionatında üç oyunu buraxmalı olacaq.
Allsport.az xəbər verir ki, 34 yaşlı futbolçu intizam cəzası alıb.
Braziliya Ali İdman Məhkəməsinin İntizam Komitəsi “Bahia” ilə matçda (1:1) baş verən insidentə görə Neymarı iki oyunluq diskvalifikasiya edib. Hücumçu fasilə zamanı rəqib komandanın yarımmüdafiəçisi Rodriqo Nestora ilə mübahisə edərkən ağzını əli ilə örtüb və bundan sonra qırmızı vərəqə alıb.
Neymar daha bir oyunu isə sarı vərəqə limitini keçdiyinə görə buraxacaq. O, “Bahia” ilə görüşün ilk hissəsində mövsümdə doqquzuncu xəbərdarlığını alıb.
Beləliklə, braziliyalı futbolçu “Palmeyras”, “Red bul Braqantino” və “Kuritiba” ilə qarşılaşmalarda komandasına kömək edə bilməyəcək.