Avtomobil qəzasına düşüb

Avtomobil qəzasına düşüb

“Fənərbağça”nın sabiq baş məşqçisi İsmayıl Qartal avtomobil qəzasına düşüb.

Allsport.az xəbər verir ki, türkiyəli mütəxəssis axşam saatlarında evinə qayıdarkən yol-nəqliyyat qəzası keçirib.

Məlumata görə, qəza nəticəsində nə İsmayıl Qartal, nə də digər avtomobilin sürücüsü xəsarət alıb.

Hər iki şəxsin səhhətində problem olmadığı bildirilib.

“Fənərbağça” dünən İsmayıl Qartalla yolunu ayırıb.

Həmin kateqoriyadan