- Baxış sayı: 48
- 28 Oktyabr 2026 20:39
- Baxış sayı: 72
- Oktyabr 25, 2026
- 0

Astanada keçirilən dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan millisi vətənə qayıdıb.
Allsport.az xəbər verir ki, Heydər Əliyev beynəlxalq aeroportunda 2 qızıl və 1 gümüş medal qazanaraq komanda hesabında ikinci yeri tutan yığmanın qarşılanma mərasimi keçirilib.
Milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov dünya çempionatının yüksək səviyyədə keçdiyini bildirib.
Mütəxəssis qazanılan qızıl medalları tarixi nəticə kimi qiymətləndirib: “Eldəniz Əzizli beşqat dünya çempionu oldu, Sənan Süleymanov isə olimpiya çəkisində 15 ildən sonra ölkəmizə dünya çempionatında qızıl medal qazandırdı. Bu nəticələr qarşıdakı Olimpiya Oyunlarına ümidimizi daha da artırdı. İdmançılarımızın nəyə qadir olduğunu görürük.
Bəzi səhvlərimiz var. Medallarımız daha çox ola bilərdi. Ayrı-ayrı görüşlərdə tələskənliyə yol verildi. Bu çatışmazlıqları aradan qaldıra bilərik. Dünya çempionatında ikinci yeri tutmaq həqiqətən qürurvericidir.
Azərbaycan güləş federasiyasına, gənclər və idman nazirliyinə, milli olimpiya komitəsinə təşəkkür edirəm. İlboyu təlim-məşq toplanışları və vitaminlərlə təmin olunduq. Bu medallarda əməyi olan valideynlərə və bütün məşqçilərə minnətdarlığımı bildirirəm”.