- Baxış sayı: 38
- 28 Oktyabr 2026 23:57
- Baxış sayı: 72
- Oktyabr 25, 2026
- 0

“Monako”nun heyətində ciddi itki baş verib.
Allsport.az xəbər verir ki, Ansu Fati sıradan çıxıb.
İspaniyalı cinah hücumçusu liqa-1-in VIII turunun “Lill”lə matçında (1:1) zədələnib.
Tibbi müayinə nəticəsində onun sol budunun arxa hissəsində (əzələ qrupunda) zədə aşkar edilib. 23 yaşlı futbolçunun sağalması üçün təxminən 6 həftə vaxt tələb olunacağı gözlənilir.
“Monako” Ansu Fatini 2025-ci ilin yayında “Barselona”dan transfer edib. İspaniya millisinin sabiq üzvü cari mövsümdə liqa-1 təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 qol vurub.