“Neftçi” Rumıniya klubu ilə bacarmadı

“Neftçi” Rumıniya klubu ilə bacarmadı

“Neftçi” basketbol klubu FİBA Avropa kubokunun qrup mərhələsində növbəti matçını keçirib.

Allsport.az xəbər verir ki, Bakı təmsilçisi “H” qrupunun dördüncü turunda Rumıniyanın “Oradea” komandasını qəbul edib.

Bakı idman sarayında keçirilən qarşılaşma qonaqların 99:83 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “Neftçi” qrup mərhələsində ardıcıl dördüncü məğlubiyyətini alıb. Dörd xalı olan paytaxt klubu turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

“Neftçi” əvvəlki oyunlarda İsveçrənin “Fribur Olimpik” (73:78), Yunanıstanın “Mikonos” (58:78) və Latviyanın VEF (94:110) komandalarına da məğlub olub.

Həmin kateqoriyadan