- Baxış sayı: 37
- 28 Oktyabr 2026 23:57
- Baxış sayı: 72
- Oktyabr 25, 2026
- 0

Kriştianu Ronaldunun 2008-ci ildə “Qızıl top” qazandığı mövsüm azarkeşlərin səsverməsində tarixin ən yaxşısı seçilib.
Allsport.az xəbər verir ki, portuqaliyalı ulduz B.O.A.T. mükafatına layiq görülüb.
“Qızıl top”un 70 illiyi münasibətilə yaradılan B.O.A.T. layihəsi çərçivəsində azarkeşlər mükafatı qazanan futbolçuların ən uğurlu mövsümünü seçiblər. Səsvermədə “Qızıl top”u ən azı iki dəfə qazanan futbolçular iştirak ediblər.
Namizədlər arasında Lionel Messi (8 dəfə), Yohan Kroyff, Mişel Platini və Marko van Basten (hər biri 3 dəfə), Alfredo Di Stefano, Frans Bekkenbauer, Kevin Kiqan, Karl-Haynts Rummenigge və Ronaldo (hər biri 2 dəfə) yer alıblar.
B.O.A.T. layihəsi rəsmi “Qızıl top” mükafatından ayrıdır.