- Baxış sayı: 47
- 28 Oktyabr 2026 20:28
- Baxış sayı: 72
- Oktyabr 25, 2026
- 0

Yunanıstan basketbolunda danışılmış oyunlarla bağlı araşdırma genişlənib.
Allsport.az xəbər verir ki, daha 7 hakim oyunların nəticələrinin manipulyasiyasında mümkün iştirakları ilə bağlı izahat verməyə çağırılacaq.
Onlardan üçü Yunanıstan çempionatının yüksək divizionunun oyunlarını idarə edib.
Bundan başqa, çirkli pulların yuyulmasına qarşı mübarizə idarəsi daha 5 nəfərlə bağlı ayrıca araşdırma aparır.
İş üzrə ilkin mərhələdə danışılmış oyunların təşkili və rüşvət verməkdə şübhəli bilinən 6 nəfərin həbsinə order verilib. Onların arasında yaxın vaxtlarda avroliqa matçlarını idarə etmiş 3 hakim də olub.
Qalmaqal Yunanıstan basketbolunun rəhbərliyində də dəyişikliklərə səbəb olub. Milli federasiyanın prezidenti işlə əlaqəli olduğu üçün vəzifəsindən istefa verib.