- Baxış sayı: 48
- 28 Oktyabr 2026 20:39
- Baxış sayı: 72
- Oktyabr 25, 2026
- 0

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Sənan Süleymanov dünya çempionatında qazandığı qızıl medaldan danışıb.
Allsport.az xəbər verir ki, Astanada keçirilən dünya çempionatında 77 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı vətənə qayıdıb.
Süleymanov dünya çempionu olmaq arzusuna nəhayət çatdığını bildirib: “Dünya çempionatında üçüncü dəfə finalda güləşdim. Həmişə bu kəmərin arzusunda olmuşam, dünya çempionu olmaq istəmişəm. İki dəfə finalda məğlub olmuşdum. Bu dəfə isə həqiqətən çox yaxşı hazırlaşmışdım və şükürlər olsun ki, istəyimə nail oldum.
Dünya çempionatında zəif rəqib yoxdur, hər biri ciddi rəqibdir. Çempionata getməmişdən bir müddət əvvəl rəqiblər bəlli olur. Təlim-məşq toplanışlarında onların hamısını təhlil edirik. Rəqiblərimə qarşı yaxşı hazırlaşmışdım. Allaha şükür ki, nəticə istədiyim kimi oldu”.