- Baxış sayı: 38
- 28 Oktyabr 2026 23:57
- Baxış sayı: 72
- Oktyabr 25, 2026
- 0

İspaniya kral kubokunun 24 oyunu təxirə salınıb.
Allsport.az xəbər verir ki, federasiyası bunu Toledoda baş verən dəmir yolu qəzasında zərər çəkənlərlə həmrəylik əlaməti olaraq qərara alıb.
Qurumun rəsmi saytında yayılan məlumatda bildirilib ki, təxirə salınan qarşılaşmaların yeni təqvimi, eləcə də oyunların keçiriləcəyi dəqiq tarix və saatlar yaxın günlərdə açıqlanacaq.
Federasiya bəyanatında İspaniya futbol ailəsinin faciə ilə bağlı dərin hüzn içində olduğu və hadisədən zərər çəkənlərə yardım göstərilməsi üçün aidiyyəti qurumlara dəstək verməyə hazır olduğu qeyd edilib.
Toledoda iki sürətli qatarın toqquşması nəticəsində azı 50 nəfər həlak olub, 179-dan çox insan xəsarət alıb.