- Baxış sayı: 38
- 28 Oktyabr 2026 22:25
- Baxış sayı: 72
- Oktyabr 25, 2026
- 0

Rusiyalı tennisçi Daniil Medvedev Vyanada keçirilən ATP-500 turnirində 1/8 finala yüksəlib.
Allsport.az xəbər verir ki, “ABŞ açıq” 2021-ci il qalibi ilk mərhələdə ispaniyalı Daniel Merida-Aqilari məğlub edib.
Dünyanın beşinci raketkası rəqibini 7:6 (7:5), 6:1 hesabı ilə üstələyib.
Bu qələbə Medvedev üçün cari mövsümdə 50-ci olub. O, karyerasında dördüncü dəfə bir mövsümdə ən azı 50 qələbə qazanıb. Rusiyalı tennisçi daha əvvəl bu göstəriciyə 2019, 2021 və 2023-cü illərdə nail olub. Onun bu mövsüm balansı 50 qələbə və 18 məğlubiyyətdən ibarətdir.
Medvedev 1/4 finala vəsiqə uğrunda britaniyalı Kemeron Norri ilə qarşılaşacaq.
Vyana turniri oktyabrın 26-dan noyabrın 1-dək keçirilir. Yarışın son qalibi italiyalı Yannik Sinnerdir.