- Baxış sayı: 46
- 28 Oktyabr 2026 21:34
- Baxış sayı: 72
- Oktyabr 25, 2026
- 0

Serbiyalı tennisçi Novak Cokoviç mövsüm ərzində ən azı 20 qələbə qazanmaq seriyasını 21-ci il ardıcıl davam etdirib.
Allsport.az xəbər verir ki, dünya reytinqinin 12-ci pilləsində qərarlaşan idmançı İsveçrənin Bazel şəhərində keçirilən ATP-500 turnirinin ilk mərhələsində fransalı Uqo Umberi məğlub edib. Görüş Cokoviçin 4:6, 6:3, 6:4 hesablı qələbəsi ilə başa çatıb.
Serbiyalı raketka ustası son yeddi matçın altısında qalib gəlib. O, bundan əvvəl Pekində keçirilən ATP-500 turnirinin qalibi olub, Şanxayda isə “Ustadlar” yarışının ilk mərhələsində mübarizəni dayandırıb.
Cokoviç növbəti raundda Almaniya təmsilçisi Yan-Lennard Ştruffla qarşılaşacaq.
Bazel turniri oktyabrın 26-dan noyabrın 1-dək keçirilir. Yarışın son qalibi braziliyalı tennisçi Joao Fonsekadır.