- Baxış sayı: 48
- 28 Oktyabr 2026 20:39
- Baxış sayı: 72
- Oktyabr 25, 2026
- 0

Astanada keçirilən dünya çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Eldəniz Əzizli vətənə qayıdıb.
Allsport.az xəbər verir ki, Heydər Əliyev beynəlxalq aeroportunda dünya çempionu və Azərbaycan millisinin digər üzvlərinin qarşılanma mərasimi keçirilib.
55 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əzizli qazandığı uğurdan məmnunluğunu ifadə edib.
O, komanda hesabında ikinci yeri tutmalarının Azərbaycan idmanı üçün əhəmiyyətini vurğulayıb: “Həqiqətən çox sevincliyik, xüsusi hisslər keçiririk. Sevinməyimizin səbəbi təkcə özümüz üçün deyil, həm də komandamız üçündür. Dünya ikincisi olmağımız Azərbaycan idmanı üçün böyük nəticədir.
Bizi qarşıda daha mötəbər yarışlar gözləyir. Müəyyən səhvlərimiz var. Onları düzəldərək yeni ildən yarışlara başlayıb daha uğurlu nəticələr qazanmağa çalışacağıq”.