İspaniya klubunda yeni təyinat

İspaniya klubunda yeni təyinat

“Espanyol” yeni baş məşqçisini açıqlayıb.

Allsport.az xəbər verir ki, Kataloniya təmsilçisi Eder Sarabia ilə anlaşıb.

Mütəxəssislə 2028-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalanıb.

“Espanyol” İspaniya kubokunda IV liqa təmsilçisi “Sestao”ya 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqdan sonra Manolo Qonsaleslə yollarını ayırıb. Komanda 2026/27 mövsümündə keçirdiyi 11 oyunun yalnız ikisində qələbə qazanıb. Kataloniyalılar son altı qarşılaşmada rəqiblərini məğlub edə bilməyiblər.

Eder Sarabia daha əvvəl “Las Palmas”, “Betis” və “Barselona” klublarında Kike Setyenin köməkçisi kimi çalışıb. O, baş məşqçi kimi isə “Andorra” və “Elçe” komandalarına rəhbərlik edib.

Həmin kateqoriyadan