“Qarabağ”dan 17-ci medal

Azərbaycan premyer liqasında mükafatçılardan biri dəqiqləşib.

Allsport.az xəbər verir ki, 26-cı turda “Səbail”i 3:0 hesabı ilə məğlub edən “Qarabağ” xal hesabını 68-ə çatdıraraq ilk “üçlük”də yerini təmin edib. Bununla da Qurban Qurbanovun komandası həm medallardan birini, həm də avrokuboklara vəsiqəni əldə edib.

Bu, “köhlən atlar”ın tarixində Azərbaycan çempionatındakı 17-ci mükafatdır. “Ağdamlılar”ın aktivində 9 qızıl, 4 gümüş və 3 bürünc medal var.

“Qarabağ” 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022 mövsümlərində çempion olub. Bölgə təmsilçisi 1993/1994, 1996/1997, 2012/2013, 2020/2021 mövsümlərində gümüş qazanıb. 2003/2004, 2009/2010, 2010/2011 mövsümlərində də “üçlük”də yer alan “Qarabağ” bürünclə kifayətlənib.

Qeyd edək ki, medal sayında “Qarabağ” yalnız  “Neftçi”dən geridədir. Flaqmanın 20 mükafatı var.

Həmin kateqoriyadan