“Bu, tarixin ən yaxşı Argentinası deyil”

Argentina millisinin qapıçısı Emiliano Martinez DÇ-2022-i qazanmalarına baxmayaraq, tarixin ən yaxşısı olduqlarını düşünmür.

Allspor.az xəbər verir ki, bu barədə təcrübəli qapçı bunları “TyC Sports”a açqlamasında deyib. O söyləyib:

“Məncə, dünya çempionu olan komandamız tarixin ən yaxşı Argentina millisi deyil. Biz yaxşı futbol oynayırıq. Lakin Argentina yığmasının digər komandalardan yeganə fərqi odur ki, bizə qalib gəlmək qismət oldu. “Copa Amerika”nı qazanaraq özümüzü sübut etmişdik. Dünya çempionatında da bəxtimiz gətirdi, iki matçda penaltilərlə qalib gəldik”.

Həmin kateqoriyadan