- Baxış sayı: 28
- 21 May 2025 23:05
- Baxış sayı: 104
- May 21, 2025
- 0
Aprelin 11-də Bakıda qadın və kişi boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri start götürəcək. Allsport.az xəbər verir ki, boks mərkəzində təşkil olunacaq ənənəvi yarışda Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Monteneqro, Qırğızıstan, Gürcüstan, Rusiya və Qazaxıstan yığma komandaları mübarizə aparacaqlar.
25 dəst medal uğrunda 200-dən artıq boksçu gücünü yoxlayacaq. Turnirin qaliblərinin adına aprelin 15-də aydınlıq gələcək.
Azərbaycan kişilərin yarışında 45, qadınların mübarizəsində 11 boksçu ilə təmsil olunacaq.
Yarışın baş hakimi Anar Babanlı olacaq.