- Baxış sayı: 52
- 16 Sentyabr 2026 21:58
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi təlim-məşq toplanışına yollanıb.
Allsport.az xəbər verir ki, yığma bu gün start götürəcək hazırlığı Şamaxıda keçəcək.
Məşqçilər korpusu toplanışa U-17 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib. 22boksçunun qatılacağı məşqlərdə əsas diqqət taktiki hazırlığa yönələcək.
Avropa çempionatına hazırlıq xarakteri daşıyan toplanış avqustun 17-də yekunlaşacaq.