- Baxış sayı: 59
- 15 İyul 2026 16:11
- Baxış sayı: 55
- İyul 19, 2026
- 0

Gürcüstanın Qori şəhərində 17 yaşadək boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub.
Allsport.az xəbər verir ki, Azərbaycan millisi 5 ölkənin iştirak etdiyi yarışda 5 qızıl, 6 gümüş və 2 bürünc olmaqla ümumilikdə 13 medal qazanıb.
Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Əli Abaslı (60 kq), Yusif Həsənli (66 kq) və Şükar Əliyev (80 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.
Vaqif Məhəmmədli (50 kq), Qardaş Rəhimov (54 kq), Əli Camalzadə (57 kq), Yusif Ağakişiyev (75 kq), Saleh Fərəcov (80 kq) və Mehran Rəsulov (+80 kq) gümüş medala sahib çıxıblar.
Aydın Şahbazov (46 kq) və Sabir Rüstəmov (60 kq) isə turniri bürünc medalla başa vurublar.