- Baxış sayı: 53
- 06 Avqust 2026 18:30
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0

Azərbaycanın gənclərdən ibarət boks yığması avqustun 11-də Serbiyanın Loznitsa şəhərində başlanacaq U-19 Avropa çempionatında qüvvəsini sınayacaq.
Allsport.az xəbər verir ki, qitə birinciliyində ölkəmizi müxtəlif çəki dərəcələrində 10 idmançı təmsil edəcək.
Yığmanın heyətində Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Renat Qiyaslı (80 kq), Heydər Azməmmədov (85 kq), Zaur Səmədov (90 kq) və Səftar Məmmədzadə (+90 kq) rinqə çıxacaqlar.
Loznitsadakı turnirin ilk döyüşləri avqustun 11-də baş tutacaq.