- Baxış sayı: 61
- 13 Noyabr 2026 13:26
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Azərbaycanın U-15 boks millisi Qazaxıstanda təşkil olunacaq beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Allsport.az xəbər verir ki, məktəbli boksçular arasında keçiriləcək yarış avqustun 6-da start götürəcək.
Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda təşkil olunacaq beynəlxalq turnir 4 gün davam edəcək.
Məşqçi Etibar Abdullayevin rəhbərliyi altında rəqibləri ilə rinqdə Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) üz-üzə gələcəklər.
Beynəlxalq turnirə avqustun 9-da yekun vurulacaq.