- Baxış sayı: 33
- 22 Sentyabr 2026 19:37
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

Fil dişi sahilinin 1-ci liqa klubu “Raysinq klub d’Abidyan”da (RCA) çıxış edən futbolçu Mustafa Sulla matç zamanı dünyasını dəyişib.
Allsport.az xəbər verir ki, “Sol” komandası ilə matç zamanı Sulla tarazlığını itirərək yerə yıxılıb. Ürək tutması olduğu müəyyən edilən futbolçunun xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdiyi öyrənilib. Fil Dişi Sahili milli komandasının əfsanəvi futbolçusu Didye Droqba da bu hadisədən sonra sosial şəbəkədə paylaşım edib.
Droqba paylaşımında 1-ci liqada çıxış edən futbolçuların sağlamlıq testindən keçməsinin vacibliyinə diqqət çəkib.
Qeyd edək ki, 4 il ərzində Fil Dişi Sahilində 3-cü dəfədir belə hadisə baş verir.