34-cü duel

“Qarabağ” premyer liqanın 16-cı turunda səfərdə “Sumqayıt”la qarşılaşacaq. Allsport.az xəbər verir ki, bu mövsüm komandalar çempionatda iki dəfə üz-üzə gəliblər.

Mövsümün Sumqayıtda baş tutan ilk duelində məhsuldar heç-heçə qeydə alınıb – 2:2. Ağdam klubu “Azersun Arena”da rəqibini qəbul etdiyi görüşdə isə 6:1 hesablı qələbə qazanıb.

Bu qarşılaşma komandaların çempionatda 34-cü oyunu olacaq. Əvvəlki oyunların 24-də Ağdam klubu, 5-də Sumqayıt təmsilçisi qələbə qazanıb. 4 görüşdə isə heç-heçə qeydə alınıb. Top-fərqində də “Qarabağ” böyük fərqlə öndədir – 73-17.

Fevralın 19-da “Kapital Bank Arena”da keçiriləcək matçın start fiti saat 18:00-da səslənəcək.

Həmin kateqoriyadan