Azad Rəhimov: İslam Həmrəyliyi Oyunlarında əsas futbol komandamız çıxış edəcək

«Bakı-2017-də futbol komandamız da mübarizə aparacaq. Əvvəl təklif olundu ki, bu yarışda 21 yaşlılardan ibarət millimiz çıxış etsin. Amma İslam Həmrəyliyi Oyunlarının qaydalarında burada ustalardan ibarət kollektivlər yer alıb. Ona görə biz də qərara gəldik ki, əsas yığmamız iştirak etsin».

Allsport.az saytı xəbər verir ki, bunu 4-sü İslam Həmrəyliyi Oyunlarının yeni loqosunun və brendinin təqdimatda gənclər və idman naziri Azad Rəhimov dedi. Onun sözunə görə, yarışda 8 seçmə komanda mübarizə aparacaq: «Əvvəl təsnifat yarışı keçiriləcək. Gücü olanlar Bakıya yollanmaqn hüququ qazanacaqlar».

Həmin kateqoriyadan