Polo millimiz slovakiyalı həmkarları da üstələyib

İtaliyanın Siena şəhərində polo üzrə Avropa çempionatının 3-cü turunda millisimiz slovakiyalı həmkarları ilə  qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, komandamız qələbə zolağını davam etdirib. Yığmamız rəqibi 11:7 üstələyib.

Baş məşqçi Namiq Orucov oyundan razı qalıb. Qeyd edək ki, poloçularımız ilk turunda Niderlandı (7:3), sonra Fransa seçmələrinə (8:4) qalib gəlib.

4 oyunun nəticəsinə əsasən ən çox xal toplayan komanda finalda digər qrupun qalibi ilə görüşəcək.

Həmin kateqoriyadan