- Baxış sayı: 79
- 25 Avqust 2026 14:26
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Kamerunda keçirilən “İnternational challenge” seriyalı turnirdə qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, idmançımız şəxsi kateqoriyasında mübarizə aparan idmançı yüksək reytinqinə görə yarışa 1/8 final mərhələsindən başlayıb.
K. F. Zəhra ilk görüşündə Uqanda təmsilçisini, 1/4 finalda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) badmintonçusunu məğlub edərək yarımfinala yüksəlib.
Yarımfinalda da BƏƏ təmsilçisi ilə qarşılaşan badmintonçu rəqibini hər iki setdə üstələyərək finala vəsiqə qazanıb.
Həlledici görüşdə yenidən BƏƏ idmançısı Prakriti Bharatha ilə üz-üzə gələn Keişa Fatimə Zəhra rəqibini 2:0 (21:16, 21:19) hesabı ilə məğlub edib.