Azərbaycanda ilk dəfə

Azərbaycanda ilk dəfə

Bakıda gənclərin beynəlxalq sıralaması dərəcəsində badminton turniri keçiriləcək.

Allsport.az xəbər verir ki, avqustun 14-16-da gənclərin açıq yarışında Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, İran, Hindistan, Özbəkistan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstandan olanlar mübarizə aparacaqlar.

Turnirin ümumi mükafat fondu 5 min ABŞ dolları (təxminən 8500 manat) təşkil edir.

Azərbaycan yarışda baş məşqçi Murtuza Validarvinin rəhbərliyi altında 22 badmintonçu (13 qız, 9 oğlan) ilə təmsil olunacaq.

Beş kateqoriya üzrə keçiriləcək yarışlara avqustun 14-də saat 09:00-da start veriləcək. Turnir avqustun 16-da keçiriləcək final görüşləri ilə başa çatacaq.

Yarışın baş hakimi yunanıstanlı Xristos Evangelidis olacaq.

Həmin kateqoriyadan