ABŞ güləşçiləri ilə birgə məşq

Yunan-Roma güləşi üzrə milli növbəti təlim-məşq toplanışına başlayıb. Allsport.az xəbər verir ki, Vladiqafqaz toplanışını başa vuran yığma bir neçə günlük fasilənin ardınca Qubaya yollanıb. Komanda ABŞ millisi ilə birgə şimal bölgəsində təlim-məşq toplanışı keçəcək. Bu gün startı verilən hazırlıq prosesi iyunun 6-dək davam edəcək.

Toplanışda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli, Elmir Əliyev, Rəşad Məmmədov (hamısı – 55 kq), Nihat Məmmədli, Nihad Quluzadə, İlkin Qurbanov, Hüseyn Qəribov (60 kq), Murad Məmmədov, Ziya Babaşov, Fərid Baxışlı (63 kq), Həsrət Cəfərov, Fərid Xəlilov, Məhəmməd Şükürzadə (67 kq), Ülvü Qənizadə, Ruslan Nurullayev (hər ikisi – 72 kq), Sənan Süleymanov, Xasay Həsənli (77 kq), Qurban Qurbanov, Tuncay Vəzirzadə (82 kq), İslam Abbasov, Rafiq Hüseynov (87 kq), Arif Niftullayev, Murad Əhmədiyev, Məhəmməd Əhmədiyev (97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (130 kq) iştirak edirlər.

Quba toplanışı 17-20 iyulda Macarıstanda ilin son reytinq turnirinə, eləcə də 13-21 sentyabrda Xorvatiyada dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Həmin kateqoriyadan