Güləş ulduzları ilə əyləncə

Uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə İçərişəhərdə keçirilən tədbirdə Azərbaycan güləş federasiyasının da guşəsi yer alıb.

Allsport.az saytı xəbər verir ki, festivalda günün qəhrəmanları bu idman növündə ilk addımlarını atan azyaşlılara müxtəlif güləş fəndləri nümayiş etdiriblər.

Azərbaycan güləşinin tanınmış simaları – Namiq Abdullayev, Fərid Mansurov, Cəbrayıl Həsənov, Rövşən Bayramov, Hacı Əliyev, Vitali Rəhimov, Taleh Məmmədov və Ağahüseyn Mustafayev uşaqlarla görüşərək onlarla əyləncəli vaxt keçiriblər.

Həmin kateqoriyadan