- Baxış sayı: 276
- 15 İyun 2026 23:23
- Baxış sayı: 80
- İyun 18, 2026
- 0

20-21 iyunda Gürcüstanın Batumi şəhərində çimərlik güləşi üzrə dünya sıralamasının 3-cü mərhələsi keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi ilə qonşu ölkədə Rübail İbrahimli (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi – 80 kq), Əşrəf Aşırov, İlqar Nəzərli (90 kq) və İslam İlyasov (+90 kq) mübarizə aparacaqlar.
İlk yarış günündə təsnifat mərhələsinin və qruplarda ilk 2 turun görüşləri keçiriləcək. Növbəti gün isə qrup mərhələsində sonuncu turun görüşləri, yarımfinallar və medallar uğrunda qarşılaşmalar baş tutacaq.
Bu sınaqda bizdən ədaləti olimpiya dərəcəli hakimim Bəşir İsazadə qoruyacaq.