- Baxış sayı: 143
- 12 İyun 2026 22:45
- Baxış sayı: 75
- İyun 15, 2026
- 0

Bu gün Azərbaycan güləş federasiyasında Güləş irsi və icması komitəsinin ilk iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, AGF-nin baş katibi Pərvin Piriyevin rəhbərliyi ilə baş tutan toplantıda təşkilati məsələlərinə baxılıb. Qərara əsasən, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov komitənin sədri, AGF-nin baş katibinin müavini Aydan Məmmədhəsənova katib seçilib.
Komitənin tərkibində AGF-nin nümayəndəliklərlə iş şöbəsinin müdiri Elfaq Səfərov, idman şöbəsinin mütəxəssisi Yaqub Məmmədov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Vahid Məmmədov və sərbəst güləş üzrə millinin məşqçisi Arif Abdullayev üzv qismində təmsil olunurlar.
İclas zamanı komitənin fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib. Fəaliyyət planına güləş üzrə veteranların müəyyənləşdirilməsi meyarlarının hazırlanması, onlara göstərilən diqqət və qayğının artırılması, eləcə də güləş irsinin qorunması və gələcək nəsillərə ötürülməsinə xidmət edən təşəbbüslər daxil edilib.
Bununla yanaşı, komitənin gələcək fəaliyyəti ilə bağlı müxtəlif təkliflər səsləndirilib və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Güləş ictimaiyyətinin müxtəlif nümayəndələrinin prosesə cəlb olunması və federasiya ilə veteranlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi əsas prioritetlərdən biri kimi vurğulanıb.