“Əsl sərbəst Amerika”da debüt edəcək. Onun rəqibi kimdir?

İkiqat olimpiya çempionu Əbdülrəşid Sədulayev 11 iyulda Amerika güləş təşkilatı “Əsl sərbəst Amerika” (“Real American Freestyle”) üçün debüt edəcək.

Allsport.az saytı xəbər verir ki, onun amerikalı Kayl Snayderlə tutaşması Tiflisidə keçiriləcək turnirin əsas görüşü olacaq.

ƏSA-nın Gürcüstan paytaxtında gigər maraq doğuran qarşılaşması UFC ulduzları Merab Dvalişvili və Henri Sejudo arasındadır.

Sədulayev 2026-cı ilin yanvar ayında Amerika güləş assosiasiyası ilə müqavilə imzalayıb. Rəqiblər yarışların finalında 4 dəfə qarşılaşıblar: amerikalı 2017-ci il dünya çempionatının qalibi olub, rusiyalı isə 2018 və 2021-ci il dünya çempionatının və 2021-ci il olimpiadasının son tutaşmasında qalib gəlib.

Həmin kateqoriyadan