- Baxış sayı: 45
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubu “Milan”ın yarımmüdafiəçisi Yasin Adlinin transferini açıqlayıb.
Allsport.az xəbər verir ki, 25 yaşlı fransalı futbolçu ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.
Keçidin dəyəri 8 milyon avro olub.
2024/25 mövsümündə Adli “Fiorentina”da icarə əsasında çıxış edib. O, 35 matçda 5 qol vurub, 7 məhsuldar ötürmə edib.