AFFA azarkeşlərə: Azərbaycan – İtaliya oyununa tez gəlin, Dünya Kuboku ilə şəkil çəkdirin

AFFA Avro-2016-nın seçmə mərhələsində Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyunu ilə əlaqədar azarkeşlərə müraciət edib. Allsport.az saytı xəbər verir ki, qurum oktyabrın 10-da, saat 21:00-da başlayacaq matçda 2 vacib məqamı azarkeşlərin diqqətinə çatdırıb.

Görüşün başlanmasına 4 saat qalmış Bakı Olimpiya Stadionuna gələcək azarkeşlər İtaliya Futbol Federasiyası tərəfindən Bakıya gətiriləcək Dünya Kuboku ilə şəkil çəkdirmək imkanı qazanacaqlar.

Bakı Olimpiya Stadionunun avtomobil dayanacağında cəmi 2500 avtomobilin parklanması üçün yer olduğuna görə, oyuna daha tez gələn azarkeşlər avtomobilini orada saxlaya biləcək və nəqliyyat vasitələrinə dayanacaqda nəzarət olunacaq.

Həmin kateqoriyadan