AFFA erməni futbolçunun təxribatı ilə bağlı tədbir görür

AFFA Almaniyanın “Hoffenhaym” klubunun erməni futbolçusu Sarkis Adəmyanın təxribatı ilə bağlı müraciət hazırlayır. Allsport.az saytı xəbər verir ki, 27 yaşlı hücumçunun əməli ilə bağlı müvafiq qurumlara müraciətlər ünvanlanacaq. Bu məsələnin AFFA-nın diqqət mərkəzində olduğu vurğulanıb.

Sentyabrın 27-dən bəri erməni futbolçuların, funksionerlərin və digər rəsmi şəxslərin təxribatçı açıqlamaları, sosial şəbəkələrdə paylaşımları barədə AFFA müxtəlif təşkilatlara, UEFA-ya, FIFA-ya və aidiyyatı üzrə müxtəlif assosiasiyalara məktublar ünvanlayıb.

İndiyə kimi bununla bağlı 17 məktub yazılıb. Monteneqro, Slovakiya, Yunanıstan və İtaliya Futbol Federasiyaları bunların arasındadır. Sosial şəbəkələrdə, matçlarda və digər təxribatların hamısı izlənilir və müvafiq qaydada müraciət ünvanlanır.

Sarkis Adəmyan qitə liqasının qrup mərhələsinin üçüncü turunda çex “Slovan”ını 5:0 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Forvard “sport24.ru” saytına açıqlamasında qolları Azərbaycan ordusuna qarşı döyüşən erməni “qardaş və bacılarına həsr etdiyini” deyib. Bu zaman o, Qarabağın əvəzinə qondarma rejimin adını çəkib.

Həmin kateqoriyadan