- Baxış sayı: 20
- 20 May 2024 15:59
- Baxış sayı: 107
- May 18, 2024
- 0
Niderlandın paytaxtı Amsterdamda UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyədDayanıqlığı” mövzusunda seminar keçirilir. Allsport.az saytı xəbər verir ki, fevralın 15-dək davam edəcək seminarda AFFA-nın klubların lisenziyalaşdırılması departamentinin direktoru Elçin Məmmədov və maliyyə meyarları üzrə menecer Bəhram Dadaşov iştirak edirlər. Seminar zamanı aşağıdakı mövzular müzakirə olunub:
– Niderlandda lisenziyalaşdırma sisteminin inkişafı;
– Klubların kisenziyalaşdırılması və maliyyə dayanıqlığı qaydalarında yeniliklər;
– Lisenziar olan milli assosiasiyaların sertifikasiyası;
– UEFA Lisenziyalaşdırma üzrə illik hesabatı;
– Lisenziar və lisenziya iddiaçısı arasına kommunikasiyalar;
– UEFA-nın milli assosiasiyalar arasında təcrübə mübadiləsi proqramı;
– Qadın futbolu və klubların lisenziyalaşdırılması və s.