- Baxış sayı: 41
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 143
- Sentyabr 23, 2026
- 0

AFFA-nın lisenziya və qeydiyyat departamentinin əməkdaşları UEFA klubların lisenziyalaşdırma departamentinin nümayəndələri ilə görüşüblər.
Allsport.az saytı xəbər verir ki, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutan görüş çərçivəsində tərəflər arasında cari ilin yekun hesabatları təqdim olunub, qarşıdakı mövsüm üçün planlaşdırmalar müzakirə edilib. Həmçinin, klubların lisenziyalaşdırılması prosedurları ilə bağlı təcrübə mübadiləsi aparılıb.
Tərəflərin hər biri öz hesabat və təkliflərini təqdim edib, gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.