Aftandil Hacıyev: “Kasad heyətlə yaxşı nəticə qazanmaq çətindir”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqanın 16-cı turunda “Sabah”a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib:

“Hər iki komandanın ifasında maraqlı oyun alındı. Ağır qrafikdən sonra bu oyundan qələbə ilə ayrılmaq istəyirdik. Futbolçular bütün verilən tapşırıqları dəqiqliklə yerinə yetirməyə çalışdılar. Əvvəlki oyunlarla müqayisədə bu dəfə daha diqqətli oynadıq. Etdiyimiz o səhvləri bu oyunda demək olar ki, təkrarlamadıq.

Hətta rəqibə qol imkanı da vermədik. Əksinə, hücumda da daha fəal idik. Bunun da sayəsində istədiyimiz qələbəni qazandıq. Qış fasiləsindən sonra çox ağır qrafikdə çıxış edirik. Kasad heyətlə həm rotasiya etmək, həm yaxşı oyun göstərmək, həm də nəticə qazanmaq çox çətindir”.

Həmin kateqoriyadan