AİJF-in təşkil etdiyi yarışda “Qubadlı” çempion oldu

Azərbaycan idman jurnalistləri federasiyasının 2-ci Vətən müharibəsində Zəfərə həsr etdiyi “Qarabağ Azərbaycandır!” futbol turnirinin qalibi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, 26 iyun – Silahlı qüvvələr günündə keçirilən final qarşılaşmasında “Qubadlı” və “Füzuli” komandaları üz-üzə gəliblər.

Milli qəhrəmanı Gültəkin Əsgərova adına məktəb-lisey kompleksinin stadionunda görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatdığından, qalib penaltilər seriyasında müəyyənləşib. Bu hissədə daha dəqiq olan “Qubadlı” komandası 5:3 hesabı ilə qalib gəlib.

3-cü yer uğrunda oyunda “Ağdam” komandası “Zəngilan”ı 6:3 yenib.

Həmin kateqoriyadan