- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“İnter Mayami”nin müdafiəçisi Jordi Alba cari mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb.
Allsport.az xəbər verir ki, 36 yaşlı futbolçu daha çox “Barselona”dakı çıxışı ilə tanınır.
O, 2012-2023-cü illərdə kataloniyalıların şərəfini qoruyub. Alba “Barsa”ilə çempionlar liqası və klublararası dünya çempionatı da daxil olmaqla 18 kubok qazanıb. O, həmçinin “Valensiya” və “Ximnastik”də də oynayıb.
Alba İspaniya millisinin heyətində 93 oyun keçirib, 10 qol vurub və Avropa çempionu titulunu qazanıb.