Almaniya klubu Dadaşovun yoxluğunda darmadağın oldu

Almaniyanın Şimal-Şərq Regional Liqasında 16-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası – “Germaniya Halberştadt” klubu da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Auerbax”la qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Əsas heyət üzvü olmasına baxmayaraq, Rüfətin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, Dadaşovun komandası 5 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan