Alonso ən yaxşı adına namizəd oldu

Alonso ən yaxşı adına namizəd oldu

La liqada ayın ən yaxşı məşqçisi adına namizədlərin adları açıqlanıb.

Allsport.az xəbər verir ki, avqust üçün mükafat uğrunda üç mütəxəssis mübarizə aparacaq:

Ernesto Valverde (“Atletik Bilbao”) – 3 görüş, 3 qələbə, top fərqi – +3;

Xabi Alonso (“Real Madrid”) – 3 oyun, 3 qələbə, top fərqi – +5;

Manolo Qonzales (“Espanyol”) – 3 matç, 2 qələbə, 1 heç-heçə, top fərqi – +2.

Mükafatın qalibi azarkeşlərin və mütəxəssislərin səsverməsinin nəticələrinə əsasən müəyyən ediləcək.

Həmin kateqoriyadan