Antonio Konte: Azərbaycan millisi ilə oyunda tələyə düşməyimiz üçün hər cür təhlükə var

İtaliya milli komandasının baş məşqçisi Antonio Konte Azərbaycan və Norveç yığmaları ilə futbol üzrə Avro-2016-nın seçmə mərhələsində keçiriləcək oyunlardan əvvəl mətbuat konfransı keçirib. Allsport.az saytı xəbər verir ki, 46 yaşlı mütəxəssis final mərhələsinə vəsiqəni qarşıdakı oyunlarda təmin etmək fikrində olduqlarını bildirib:

“Bu rəqib yaxşı komandadır, Robert Prosineçkinin rəhbərliyi ilə dörd görüşdən, o cümlədən Xorvatiya və Norveçdən xal almağı bacarıb. Ona görə də biz anlamalıyıq ki, Azərbaycanla görüş asan olmayacaq. Eyni zamanda, 60 min nəfərlik yeni stadionda ilk oyuna çıxacaqlar.

Yəni, tələyə düşməyimiz üçün hər cür təhlükə var. Bu görüşə köklənməyə çalışacağıq. Rəqib bizə hər an sürpriz etməyə qadir komanda təsiri bağışlayır. Bu, Fransada keçiriləcək final mərhələsinə gedən yolda bizim üçün çox vacib qarşılaşmadır. Ehtiyatlı olmalı, işləməli və Bakıda maksimum nəticə əldə etməyə çalışmalıyıq”.

Həmin kateqoriyadan