- Baxış sayı: 44
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 151
- Sentyabr 23, 2026
- 0

Ölkə çempionatının güclülər dəstəsində 7-ci turun görüşləri davam edir. Allsport.az saytı xəbər verir ki, hesabat turunda «Neftçi» rəqib meydanında Premyer Liqaşanın debütantı «Zirə»yə 0:2 hesabı ilə uduzdu. Oyundan sonra «ağ-qaralar»ın kapitanı Aqil Məmmədov məğlubiyyətə belə şərh verib:
««Zirə» çempionata yaxşı başlayıb. İndiyədək hələ məğlub olmayıb. Ona görə matçın çətin keçəcəyini zənn etmişdik. Təəssüf ki, istədiyimiz oyunu aldındıra bilmədik.
İkinci hissənin əvvəlində Fəhmin Muradbəylinin qırmızı vərəqə alması işimizi daha çətinləşdirdi. «Zirə»nin yaxın məsafələrdən vurduğu 2 qol görüşün taleyini həll etdi».