“Araz-Naxçıvan”ın zədəlilərinin son durumu

Allsport.az xəbər verir ki, Azər Bağırovun komandası Azərbaycan premyer liqasının XIX turunun “Qarabağ”la oyunu öncəsi son məşqinə çıxıb. “Azersun Arena”nın ehtiyat meydanında 1 saata qədər davam edən hazırlıq prosesində futbolçular bir neçə taktiki planda tapşırıqları icra ediblər.

Zədəli futbolçulardan Orxan Əliyev kollektivlə çalışmalara qoşulub. İsmail Azzaui hələ də həkim nəzarəti altında müalicəsini davam etdirir. Onun “Qarabağ”a qarşı oynamayacağı dəqiqdir.

İsmaildən başqa, Vanderson da sabahkı matçda meydana çıxmayacaq. Buna səbəb braziliyalı yarımmüdafiəçinin sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir.

Həmin kateqoriyadan