Arda Gülər: “10 nömrəli formanı geyinmək mənim arzum idi”

Arda Gülər ​​kiçik yaşlarından 10 nömrəli formanı geyinməyi xəyal etdiyini bildirib.

Allsport.az xəbər verir ki, gənc oyunçu bu haqda özü danışıb. Gülər “Fənərbağça” forması ilə Avropa liqasında oynamaq çox gözəl hissdir. Xüsusilə bu mövsüm komanda olaraq çox yaxşı çıxış edirik” deyib. 

Arda Gülər ​​10 nömrəli formanı geyindiyinə görə xoşbəxt olduğunu ifadə edərək, “Əgər formanızın arxasında 10 nömrə varsa, bu həmişə çox önəmlidir. İstər dünya futbolunda, istərsə də Türkiyədə 10 nömrəli formanı həmişə çox xüsusi futbolçular geyinib. Klubum bunu mənə layiq gördü. Mən çox xoşbəxtəm” sözlərindən istifadə edib.

Həmin kateqoriyadan