Avropa çempionatının ev sahibləri bilindi

UEFA icraiyyə komitəsinin iclasında 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2027-ci il Avropa çempionatının final turnirinin ev sahiblərinin təyin edilməsi barədə qərar qəbul edilib.
Allsport.az xəbər verir ki, Albaniya və Serbiya turnirin ev sahibi kimi təsdiqlənib.

16 komandanın iştirak edəcəyi turnir Albaniya (Tirana, Şkoder, Elbasan və Roqojina) və Serbiyanın (Novi Sad, Loznitsa, Leskovac və Zajecar) dörd stadionunda keçiriləcək. Açılış oyunu Serbiyada, final isə Albaniyada keçiriləcək. Gənclər arasında Avropa çempionatı ilk dəfə Albaniya və Serbiyanın şəhərlərində keçiriləcək.

21 yaşadək futbolçular arasında 2025-ci ildə Avropa çempionatı Slovakiyada keçiriləcək. Hazırkı Avropa çempionu İngiltərə gənclər komandasıdır.

Həmin kateqoriyadan